..:: Ana Səhifə ::.. ..:: Web hosting ::.. ..:: Online Oyunlar ::.. ..:: Wap.Azwarez.org ::.. ..:: Top.Azwarez.org ::.. ..::
Bölmələr

Səsvermə

Bəli!! Mütləq
Fərq etməz..
Xeyir bu əladı


Hal hazırda Saytda
Hal-hazırda saytda 18
Onlayn qonaq sayı: 18
Onlayn istifadəçi sayı: 0
Azwarez  CPT'bot 
KRUTOY  CPT'bot2
Tapılmadı.
Tapılmadı.

Reklamınız Burada
Reklamınızın burada olmağını istəyirsinizsə
Msn və ya email adresidən əlaqə saxlayın
Dost Saytlar

NeseLeN.CoM


Maviadres.Com


Dosyan.Com

M
ynet.Az
4VİP.AZ

Yeni.az

WwW.KVPusu-Az.Com

Warez İndir
 Caspian-Pirates.org
Online Dizi-Film izle

Tapdim.az

Bum.az

Online Oyunlar
 
                                  

Online Oyunlar klik et

  This site in ENGLISH

Sevgi Şeirləri
Əla Sevgi Şeirləri =) Məncə bəyənəcəksiniz wink

SƏNİN DƏRSİN

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.


Ağzı yanmışların yoxdu xəbəri,
Mən sənin önündə lal dayanıram.
Dəftərə qırmızı düzəliş kimi,
Varaq yanağımda al dayanıram.


Adın tək dərsimi əzbərləyirəm,
Sevgi baxışına boyanmaq üçün.
Ömrümü, günümü qurban verərəm,
Şagird tək önündə dayanmaq üçün.


Vaxt axır... şagirdlər duymurlar səni,
Gör necə qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət qalmışam
Qırx beş dəqiqənin bir dəqiqəsinə.


Səhvdi misalları, məsələləri,
Dərdini artırıb yüz eləyərlər.
Ölürəm mən sənin “üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz eləyərlər.


Təbaşir ləçəkli çiçək əllərin,
Lövhənin üzündə kəpənək olar.
Dəsmala bənzəyər göyçək əllərin,
Bir oğlan balanı bələmək olar.


Misra dodaqların yorular hərdən,
Saçların pırtdaşar, əllərin əsər.
Bir gözəl, bir göyçək oğlumuz olar,
Bu dəcəl qızların səsini kəsər.

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.


NƏ OLAR


Ayaqların qaçan saniyyələrdi,
İşə tələsirsən dayan, nə olar.
Elə bu küçədə aç gözlərini,
Otuz il yatmısan, oyan, nə olar.


Bu şeiri də yazdım əlvida kimi,
Bax elə bu sətrim son vida kimi.
Mən ölsəm misra tək, sən nida kimi,
Başımın üstündə dayan, nə olar.

Canım, bundan sonra “yaşa”, “öl” kimi,
Qanatdın qəlbimi sarıtel kimi.
Qoşa əllərini qoşa gül kimi,
Sinəmin üstünə qoyam, nə olar.


Ah çəkim, ahımdan dağ-dağ olum mən,
Səni gəzə - gəzə çıraq olum mən.
Çürüyüm bir ovuc torpaq olum mən,
Sən də çıx üstümdə dayan, nə olar.
Bəlkə onda səndən doyam, nə olar!


BİLDİNMİ


Dolub yağış damlasına
pəncərənizi sevdim,
Bildinmi- bilmədim.


Gözündən sərxoş kimi
yıxıldım ürəyinə
Güldünmü – bilmədim.


Özümüzdən öncə
qapıda ayaqqabılarımızın
qoşa dayanmağını sevdim,
Sən də sevdinmi – bilmədim.

Sən yatan ürəyimə
başımın sual
Əllərimin nida qoyulduğunu
Bilirsənmi-bilmirəm.


Əllərin bulud kimi
kölgə salır
Saçlarımın işığına,
Deyəsən yağış yağacaq
axşama,
Xəbərin varmı, bilmirəm!


Müəllif: ALoR 31 Mart 2008 | Baxılıb: 131 | Şərhlər: 1 | Çap et |  
 (səs sayı: 1)

Yazdı: kissyoudima (31 Mart 2008 12:40)

coooooooooox piiiiiiis
[Sitat Gətir]
Rəyini bildir
İstifadəçi Girişi
İst. Adı
Şifrə
 

Saytda Axtarış
Son İstifadəçilər
Pulsuz Verilmiş Temalar
Top10 Şərh Yazanlar
Sayğaclar

Saytımıza Dəstək Olun Aşağıdakı Şəklə klik edin! Saytimiza Destek Olun
 

Online Oyunlar
Papulyar Oyunlar
 
Qaliblər
1 CPT [1]
 
Birinci Yerə V.İ.P statusu veriləcək!

 
Reklam Yeri
Reklamınızın burada olmağını istəyirsinizsə
Msn və ya email adresidən əlaqə saxlayın
Copyright © 2006 by ALoR