..:: Ana Səhifə ::.. ..:: Web hosting ::.. ..:: Online Oyunlar ::.. ..:: Wap.Azwarez.org ::.. ..:: Top.Azwarez.org ::.. ..::
Bölmələr

Səsvermə

Bəli!! Mütləq
Fərq etməz..
Xeyir bu əladı


Hal hazırda Saytda
Hal-hazırda saytda 8
Onlayn qonaq sayı: 7
Onlayn istifadəçi sayı: 0
Azwarez  CPT'bot 
KRUTOY  CPT'bot2
Tapılmadı.
Googlebot-Image

Reklamınız Burada
Reklamınızın burada olmağını istəyirsinizsə
Msn və ya email adresidən əlaqə saxlayın
Dost Saytlar

NeseLeN.CoM


Maviadres.Com


Dosyan.Com

M
ynet.Az
4VİP.AZ

Yeni.az

WwW.KVPusu-Az.Com

Warez İndir
 Caspian-Pirates.org
Online Dizi-Film izle

Tapdim.az

Bum.az

Online Oyunlar
 
                                  

Online Oyunlar klik et

  This site in ENGLISH

Yenə Şeirlər :)) Deyəsən bugün şeirlər olacaq ancaq )
Yenə Sevgiyə dair şeirlər :) love

ÖLÇÜ


Hər şeyi səninlə ölçdüm
Yağışı eşidirsənmi dedim
Televizora baxırsanmı dedim.


Hecanı dodağınla olçdüm
Çiçəyi nəfəsinlə ölçdüm
Küləyi saçınla ölçdüm
Həsrəti küsməyinlə ölçdüm.


Ayaqlarından öyrəndim
yolların uzunluğunu,
Gözlərin çölün düzünü nişan verdi
Qolarınla havanı arşınladım,
Sukutunla sözün böyüklüyünü ölçdüm.


Canımın şirinliyini bildirdin mənə
Canımı səninlə ölçdüm
Ağ-ağ vərəqləri əlinlə ölçdüm
Sözün dadlısını dilinlə ölçdüm.

Dovğa içəndə sən bunu
necə dadarsan dedim,
Şeir yazanda sən buna
nə deyərsən dedim.
Gözəl paltar görəndə
Sən bunu geyərsən dedim.
Bir dəfə üzümə baxmaqla
getməyimi, gəlməyimi
bilərsən dedim


SƏN AĞLAYAN GÜN


Gülüm, sən ağlayan gün,
Mən təzədən doğuldum
Bağışlasın məni anam!
Göz yaşın alıb apardı,
Ürək ağrımı,
Sərhədi, həddi
Umu-küsünü
Aramızdakı yaşı, fərqi.
Gülüm göz yaşına mən qurban!
Gülüm, bilsən
Mən necə dəliyəm,
Ağlıma nə gəlsə eləyərəm
Lap səndən
Ömrüm boyu
Ağlamaq öyrənərəm.
Adam ağlayanda gözəl olur,
Ağlayanda adam
adama hopur.
Gülüm, göz yaşınla
Necə yaxınlaşdın mənə.
Sənki susan
Təmiz, ilıq su.
Gülüm, nədi bu?
Bu, ləpə dodağın...
Bu, navalca gözün...
Bu, dalğa səsin...
Bu, sahil əlin...
Bu da su bənizin...
Gülüm, and olsun
Saniyyə ayaqlarına,
Ləpə dodağına,
Göz yaşlarının duzlu dadına!
Dərs kimi əzbərlədiyim
Kəlmələrinə,
Parça-parça,
Didik-didik elədiyin
O varaqlara, həyacanlara!
Soyuyan çayına, bu evimızə,
İpək dəsmalının itkin canına
And olsun, hər axşam
Su bacından ayırmaq istəyirəm səni,
Boğulduğun dənizdən
Çıxarmaq istəyirəm səni!
Dayanmışam, sahildə
Çağırıram eyy...sularda yaşayanım,
Boğulanım, batanım!
Qayıt gəl,
Məni xoşbəxt elədiyin tək
Sən də xoşbəxtsən!
Varmı ikimizdən xoşbəxt!
Ağlaya-ağlaya mən də
Göz yaşından öpürəm,
Sənı öpdüyüm kimi!


MƏSƏLƏN


Hayıfdı əllərini
boş - boşuna yelləmə,
Yelləsən mənim üçün yellə
məsələn belə.

Ayaqlarını bir belə yorma,
mənə gələn yolların
2 tənha çiçəyini
bu qədər atıb tutma.
Ayaqqabı dibçəyində,
barmaq ləçəklərini
bu qədər qırıb tökmə.
Yadındadı,
ayaqlarını görən tək,
dəniz unutdu özünü?
Buraxdı səni əllərindən.
Uçdun dənizin göyünə,
fikrin qaçdığı yerə.
Qaçıb yastıq tək
altında durdu
bir qərib dalğa.Və
qaldırıb səni qoydu
dənizin üzünə,
Başqa bir dalğa örtdü üstünü,
Başqa birisi də yudu üzünü.
Dənizin ləpə qızları
qucaqlayıb dizini
“Bağışla “ – deyirdi.
İndi dalğa qapını döyüb,
dalğa yorğanını
yavaşca qaldırıb
yanına girsəm,
və varlığımı dodaqlarının
bir ucuna sıxsam
məsələn belə,
tanıyacaqsan məni.


Müəllif: ALoR 31 Mart 2008 | Baxılıb: 83 | Şərhlər: 3 | Çap et |  
 (səs sayı: 1)

Yazdı: TOPPUS_089 (31 Mart 2008 04:47)

SERI YAZAN ADAMA SALAM
SONRA DA BOYUK EHTIRAM

BU SERLERI KIM YAZIB?MUELIFI KIMDI?OLAR KI BIZDE SERLER YAZAX ESAS SEFIYE?NE ISE SAGOL PIS DEYIL AMA YAXSI DA DEYIL)))))
[Sitat Gətir]
Yazdı: ALoR (31 Mart 2008 05:08)

I=)) yazan bilmirəm sən şeir yaz qoyaq sayta ))

--------------------
[Sitat Gətir]
Yazdı: PeRSoNaL (31 Mart 2008 06:01)

Bu sheirleri kim yazir ne qafie, ne duzgunluk..
[Sitat Gətir]
Rəyini bildir
İstifadəçi Girişi
İst. Adı
Şifrə
 

Saytda Axtarış
Son İstifadəçilər
Pulsuz Verilmiş Temalar
Top10 Şərh Yazanlar
Sayğaclar

Saytımıza Dəstək Olun Aşağıdakı Şəklə klik edin! Saytimiza Destek Olun
 

Online Oyunlar
Papulyar Oyunlar
 
Qaliblər
1 CPT [1]
 
Birinci Yerə V.İ.P statusu veriləcək!

 
Reklam Yeri
Reklamınızın burada olmağını istəyirsinizsə
Msn və ya email adresidən əlaqə saxlayın
Copyright © 2006 by ALoR